Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Lapşin Ermənistandadır - amma bu dəfə Qarabağa gəlməyəcək

 

Bildirib ki, Qarabağa səfər onun planlarına daxil deyil.

 

Üç il əvvəl Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə görə cəzalandırılmış bloger Aleksandr Lapşin yenidən Ermənistanda peyda olub.

Yenixeber.org: Bu barədə erməni mediasına istinadən xəbər verilir ki, Lapşin bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanla həmsərhəd olan yaşayış məntəqələrinə getmək niyyətindədir. Ermənistanı “cazibədar ölkə”, xalqını “qonaqpərvər”adlandıran bu erməni sevdalısı onun təbiətinə və arxitekturasına məhəbbətini də izhar edib.

Lapşin deyib ki, fevralın sonlarınadək Ermənistanda qalmaq, ölkənin vilayətlərini gəzmək niyyətindədir. Dediyinə görə, kirayə avtomobil götürüb sərhədyanı bölgələrə getmək, Noyamberyan rayonunda olmaq, həmçinin Süniki, Mehrini görmək, Ermənistanın ən təhlükəli yollarında, həmçinin Nrnadzorda şütümək istəyi var. Bloger artıq Ermənistanın müvafiq qurumlarına sərhədyanı ərazilərə getmək niyyətilə bağlı müraciət edib.

Ancaq maraqlıdır ki, A.Lapşin bu dəfə işğal olunmuş Azərbaycan ərazilərinə getməyi planlaşdırmır. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Qarabağa səfər onun planlarına daxil deyil. Bundan əvvəlki Qarabağ səfərinə görə 2016-cı ildə Belarusda həbs edilən, Bakıya təhvil verilən, Azərbaycan hökumətinə çoxsaylı müraciətlərdən sonra – 10 sentyabr 2017-ci ildə prezident tərəfindən əfv olunan Lapşin Qarabağ səfərindən yayınmasını gülünc arqumentlərlə əsaslandırmağa çalışıb. Guya ki, onun Xankəndinə səfəri Azərbaycan cəmiyyətinin diqqətini daxildəki məsələlərdən, yerli blogerlərin buraxılması məsələsindən yayındıra bilər.

Qeyd edək ki, bu, blogerin Ermənistana sayca dördüncü səfəridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam