Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ramil Usubov Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib-Moskvada

 

 

Moskva şəhərində MDB-yə üzv ölkələrin Təhlükəsizlik Şurası katiblərinin VII görüşü keçirilib.

Yenixeber.org: Rusiya büromuz xəbər verir ki, 9 ölkənin müvafiq rəsmi şəxsinin iştirak etdiyi tədbirdə Azərbaycanı Təhlükəsizlik Şurasının katibi Ramil Usubov təmsil edib.

Gündəliyində MDB ərazisində regional təhlükəsizliyin təmin olunması, Təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlığın inkişafı kimi aktual məsələlərin durduğu görüşdə, həmçinin beynəlxalq terror təşkilatlarından gələn təhlükə və onların MDB ölkələrindəki fəaliyyətinə yol verməmək, MDB məkanında kimyəvi və bioloji təhlükəsizlik məsələləri müzakirə olunub.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çıxışında ötən görüşdə qarşıya qoyulmuş tədbirlər nəticəsində terrorçu təşkilatlara dair məlumat mübadiləsinin artdığını, beynəlxalq terrorçu təşkilatların qarşısını almaqda birgə addımların, habelə hərbi texniki əməkdaşlığın müsbət məcrada inkişaf etdiyini diqqətə çatdırıb.

O, həmçinin gələn il II Dünya müharibəsində qələbənin 75 illiyi ilə bağlı tədbirlər barədə də danışıb: “Bu əlamətdar tarix MDB ölkələrində, faşizmə qalib gələrək ölkələrimizin müstəqilliyini qoruyub saxlamış ata-babalarımızın xatirəsi əziz tutulan bütün ölkələrdə geniş qeyd olunacaq və işıqlandırılacaq”.

Görüşdə qlobal təhlükəsizlik və strateji sabitliklə bağlı digər məsələlər də müzakirə mövzusu olub.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam