Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əlövsət Əliyevin həbsi haqda son xəbər –Açıqlama

 

Əlövsət Əliyevin həbsi haqda son xəbər – Vəkili danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib.

Almaniya polisi çərşənbə günü miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb. Polis onlardan ikisi barəsində həbs qərarı verildiyini deyib, amma ad açıqlamayıb.

Erich Althammer-in sözlərinə görə, o, Əlövsət Əliyevlə çərşənbə axşamı görüşüb və onunla danışıb. "Əlövsət Əliyev heç bir Almaniya qanununu pozmadığını deyir", vəkil BBC News Azərbaycancaya bildirib.

Əlövsət Əliyev hazırda müvəqqəti saxlanma məntəqəsindədir.

Vəkil Erich Althammer Əlövsət Əliyevə istinadən bildirib ki, o ona verilən ittihamlarla "tam tanış ola bilməyib".

Vəkil deyib ki, Almaniya prokurorluğu ittiham aktını gələn həftə göndərəcək və bu zaman onun konkret nədə günahlandırıldığını demək mümkün olacaq.

O, BBC News Azərbaycancaya onu da bildirib ki, Əlövsət Əliyevi daha əvvəldən tanıyır və onun Almaniya qanunlarını pozacaq əməllərinə rast gəlməyib.

Erich Althammer deyib ki, "müdafiə etdiyi şəxslə cümə axşamı günü beş dəqiqəlik görüşüb və aralarında qısa söhbət olub, amma bunu hələ ki, o, "mətbuata açıqlamaq istəmir".

Əlövsət Əliyevin oğlu, Almaniyada yaşayan Türkel Rüstəmxanlı BBC News Azərbaycancaya deyib ki, atası çərşənbə günü Berlinə gedərkən saxlanılıb. Onun saxlanma səbəbi və ona qarşı ittihamlar barədə isə məlumat yoxdur.

Əlövsət Əliyevin qardaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı BBC News Azərbaycancaya deyib ki, "bir neçə həftə əvvəl də Əlövsət Əliyevin ofisinə gəlib yoxlama aparıblar, amma heç bir saxta sənəd tapılmayıb".

"Əlövsət Əliyevin saxta sənədlərlə və ya qanunsuz miqrant işləri ilə əlaqəsinin olduğunu qətiyyən düşünmürəm. Almaniyaya müxtəlif ölkələrdən axın edirlər. Miqrantlarla bağlı işləyən müxtəlif firmalar var, amma Əlövsət Əliyevin firması bu işlərlə məşğul olmayıb. Ola bilsin hansısa sənədlərin tərcüməsinə kömək edə bilər, amma o, qərar vermir, nə də səlahiyyəti var. Əgər miqrant gedib Almaniyada qalırsa ona bununla məşğul olan alman təşkilatlar baxırlar".

Əlövsət Əliyev Azərbaycanda miqrasiya sahəsindəki fəaliyyəti ilə tanınırdı.

O, hazırda Almaniyada məskunlaşıb. Cənab Əliyev deyir ki, təqib olunduğu üçün Azərbaycandan qaçmaq məcburiyyətində qalıb.

"Legat" İnteqrasiya Mərkəzi Almaniyanın Düsseldorf şəhərində yerləşir.

Mərkəzin Facebook səhifəsində qeyd edilən xidmətlər arasında tərcümə, Almaniya və Azərbaycanda təcili vəkillik xidməti üçün məsləhət, etibarnamələrlə bağlı məsləhət, Almaniyada təhsil və müalicə qaydaları haqda məlumatların verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması və qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi qaydaları haqqında məlumat, Azərbaycan vətəndaşlığına bərpa və ya vətəndaşlıqdan çıxma haqqında məlumat və s. qeyd olunub.

Azərbaycan XİN-i araşdırma aparır

"Azərbaycan Xarici İşlər Nazirliyi məsələdən xəbərdardır və çərşənbə günü Almaniyada saxlanılan şəxslər və onların saxlanılmasının səbəbləri ilə bağlı qurum tərəfindən araşdırma aparılır", Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva belə deyib.

O, BBC News Azərbaycancaya bildirib ki, "Almaniya qanunvericiliyi çərçivəsində, ehtiyac olarsa, Azərbaycan tərəfi də bu ölkənin müvafiq qurumları ilə əməkdaşlıq etməyə hazırdır".

"Almaniyada özünü mühacir kimi qələmə verən şəxslərin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və qeyd edildiyi kimi qaçqmalçılıqda şübhəli bilinərək saxlanılması ilə bağlı yayılan məlumatdan xəbərimiz var. Biz saxlanmış şəxslərin sayı, şəxsiyyətləri barədə detalları aydınlaşdırmağa çalışırıq. Sonrakı mərhələdə Azərbaycan hökuməti müvafiq tədbirləri görəcək", XİN sözçüsü bildirib.

Nə baş verib?

Çərşənbə günü Almaniya polisi miqrant qaçaqmalçılığı və qeyri-qanuni əmək qüvvələri ilə bağlı keçirdiyi reyddə 8 azərbaycanlını saxlayıb.

Almaniyanın Spiegel qəzeti yazır ki, polis Almaniyanın Cologne, Frankfurt, Wiesbaden və Dusseldorf şəhərlərində 13 obyektdə reyd keçirib və bir neçə azərbaycanlı saxlanıb.

Bundan əlavə, Koblenz federal polisi iki həbs qərarının tətbiq edildiyini elan edib.

Almaniyanın swr.de saytı yazır ki, istintaq xarici vətəndaşların qeyri-qanuni miqrasiyası, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhələrini araşdırır.

Həbs edilən iki kişidən birinin dəstənin başçısı olduğu güman edilir.

Dəstə azı 20 nəfəri 3 min - 10 min avro qarşılığında Azərbaycandan Almaniyaya qeyri-qanuni aparmaqda ittiham olunur.

FFH radiosu məlumat verir ki, dəstə qanunsuz miqrantları Almaniyada uzun müddət qalmaq üçün lazımi saxta sənədlərlə təmin edirdi.

İstintaq axtarışında 180 alman polisi iştirak edib və kompüterlər, telefonlar, şəxsiyyəti təsdiq edən müxtəlif sənədlər və 21 min avro nəğd pul sübut kimi götürülüb.

Almaniya polisi məsələ ilə bağlı iyun ayından araşdırma aparırdı.

"Müsavat partiyası araşdırma aparır"

Müsavat Partiyasının başqanı Arif Hacılı BBC News Azərbaycancaya deyib ki, Almaniyada "miqrant qaçaqmalçılığı" ilə bağlı saxlananlar sırasında Müsavatın Avropa Koordinasiya Mərkəzinin rəhbər şəxslərinin də adları hallanır, amma bu məlumatlar "həqiqəti əks etdirmir".

"Biz bu məsələni araşdırırıq. Almaniyada ədalət mühakiməsi sisteminin mükəmməl olduğuna inanırıq. Hesab edirik ki, kimin günahı varsa, cəzalandırılacaq, kimin günahı yoxdursa, azadlığa çıxacaq".

Arif Hacılı deyir ki, onlar da Müsavat partiyasının adının bu məsələdə hallanması ilə bağlı araşdırma aparırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam