Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Almaniyada yaşamaq istəyənlərə ŞAD XƏBƏR –Qanun qəbul edilir

 

 

 “Almaniyada hakimiyyətdə olan partiyaların təşkil etdiyi koalisiyanın komitə iclasında “İmmiqrasiya haqqında” qanun layihəsi ilə bağlı razılıq əldə edilib. Bu isə o deməkdir ki, qanun qəbul ediləcək”.

Yenixeber.org: Bu barədə saytımıza Almaniyada fəaliyyət göstərən “Leqat”  inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Məlumatda deyilir ki, hakimiyyətdə olan partiyaların təşkil etdiyi koalisiya komitələrinin dünən axşam keçirilən iclasında sözügedən qanun layihəsinin parlamentə təqdim olunması haqqında razılığa gəlinib : “Qanun layihəsinə görə, Almaniya bundan sonra əmək bazarında tələb olunan sahələr üzrə daha çox mütəxəssislərin işə cəlb edilməsinə çalışacaq.

Əlövsət Əliyev
Əlövsət Əliyev

Almaniya siyasətçiləri hesab edirlər ki, ölkə Kanadada həyata keçirilən siyasətə bənzər immiqrasiya siyasəti həyata kecirməli və bununla bağlı müvafiq qanun qəbul etməlidir. Almaniyanın federal əmək naziri Hubertus Hayl qanun layihəsinin qəbulunu alqışlayaraq bildirib ki, sənəd tələb olunan mütəxəssisin ölkəyə cəlb olunması baxımından çox əhəmiyyətli ola bilər.

Daxili İşlər naziri Horst Seehoferin isə qanun layihəsini yeni ilə kimi ali qanunverici orqan olan Bundestaqa təqdim etmək niyyətini açıqlayıb. Əvvəlcədən xəbər verdiyimiz kimi bu qanun qəbul olunandan sonra ilk növbədə Almaniyada işləyən sığınacaq axtaran şəxslərə immiqrant statusu (müvəqqəti yaşamaq icazəsi) veriləcəyi nəzərdə tutulub”.Fərhad Çağtürk / AzEuroNews.com / Köln 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam