Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Erməni jurnalist-Paşinyanın Qarabağla bağlı bəyanatını tənqid edib

Erməni jurnalist Paşinyanın Qarabağla bağlı bəyanatını tənqid edib
2018-ci ilin aprelində bizə iqtisadi inqilab vəd etdilər. Yaxşı yaşayacağımıza söz verdilər.

Yenixeber.org: Bunu "Karyak Media"nın direktoru, jurnalist Aram Antinyan bildirib.
Onun sözlərinə görə, əgər keçən ilin dövlət büdcəsi keçid büdcə sayıla bilərdisə, bu gün bütün makroiqtisadi göstəricilərdə nisbi azalma olduğunu təəssüflə qeyd etməliyik. Eyni zamanda, yumşaq desək, 2020-ci ilin büdcəsinin də inqilabdan uzaq olduğu məlumdur.

”Keçən ay seçki ərəfəsində söz verib, amma yerinə yetirməyən Meksika şəhərlərindən birinin merinin əyninə insanların qadın paltarı geyindirdiklərini izlədim. Başqa bir görüntülərdə isə yenə də Meksika şəhərlərindən birinin meri asfalt çəkməyə söz verib, lakin yerinə yetirmədiyi üçün onu ata bağlayıb, yol boyu sürüdülər. Əlbəttə, belə bir yanaşmanı əsaslandırmaqdan uzağam, amma bu kadrlar məni bir sual verməyə məcbur etdi: bizə qızıl dağlar vəd edən məmurlara qarşı necə çıxırıq? Bütün hallarda cavabım eynidir - heç cür. Meksikalılardan fərqli olaraq, indi biz yerinə yetirilməmiş vədləri bağışlayır və 500 milyon dollar sərmayə əvəzinə yeni 500 metrlik velosiped yoluna razıyıq”, - Antinyan deyib.

Onun sözlərinə görə, heç bir iqtisadi inqilab olmayacağı və inqilab vəd edənin də bunu bildiyi üçün hakimiyyət büdcəni manipulyativ bir yanaşma ilə irəli sürüb. Hakimiyyət bilir ki, iqtisadiyyatın real sektoruna birbaşa xarici sərmayə keçən ilin yanvar-iyun ayları ilə müqayisədə 5 dəfə azalıb.

Erməni jurnalist Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı səsləndirdiyi bəyanatı da tənqid edib: “Qarabağ Ermənistandır və nöqtə” deyərək, danışıqlar təhlükə altına atılır, amma hərbi xərclər azaldılır. Son dərəcə riskli bir şey etdilər - müharibə olmayacağına ümid edərək büdcə hazırladılar, baxmayaraq ki, müharibə etmək üçün əllərindən gələni edirlər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam