Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda - Koçaryanla bağlı petisiya başladıldı

Ermənistanda Koçaryanla bağlı petisiya başladıldı
Ermənistanın ikinci prezidenti Robert Koçaryanın tərəfdarları onun həbsdən azad olunması tələbi ilə elektron səsvermə təşkil ediblər.
Yenixeber.org: Artıq ölkənin bir sıra siyasi, sosial, mədəni və idman xadimləri, həmçinin erməni diasporunun bəzi nümayəndələri Koçaryana dəstəklərini ifadə ediblər.

"Elektron səsvermə Koçaryana qarşı siyasi təqiblərə son qoyulmasını və onun dərhal həbsdən azad olunmasını tələb edir”, - deyə məlumatda vurğulanıb.

Petisiyanı dəstəkləyənlər Ermənistan hakimiyyətini konstitusiyaya zidd siyasi təqibləri və məhkəmələrə təzyiqləri dayandırmağa çağırıblar. Həmçinin, Konstitusiya Məhkəməsinin qərarına əməl etməyə və Koçaryanla bağlı qətimkan tədbirini dəyişdirməyi tələb ediblər.

Xatırladaq ki, Koçaryan 1 mart 2008-ci ildə İrəvanda etirazları dağıtmaqda, konstitusiya quruluşunu devirməyə cəhdə ittiham olunur. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilib. Bu ilin 25 iyun tarixində üçüncü dəfə həbs olunub. Oktyabrın 15-də iş üzrə növbəti məhkəmə iclası keçirilməli idi, lakin Koçaryan əməliyyat olunduğuna görə iclas təxirə salınıb.

Dünən Koçaryanın cinayət işi üzrə məhkəmə prosesi davam edib, qərar isə noyabrın 7-də veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam