Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan “Qarabağla bağlı referendum keçirə bilərik”- dedi...

 
Biz, 1988-1990-cı illərdə olduğu kimi, hələ hadisələrin dalınca sürünək... Qəti "Hücum!" əmri vermək tezdir...
Yenixeber.org: “Qarabağla bağlı danışıqlar prosesində erməni xalqı üçün məqbul bir qərar qəbul olunduqda ümummilli müzakirələr aparılacaq. Qərarlar ümumrespublika formatında qəbul edilməlidir, lazım gələrsə, referendum keçirilə bilər”. 
Bu fikirləri işğalçı ölkənin baş naziri Nikol Paşinyan noyabrın 3-də özünün “Facebook” səhifəsində “Vətəndaşla söhbət” adı altında birbaşa efirdə söyləyib.  O, qeyd edib ki, danışıqlar prosesində dinamika var.
“Ümid edirəm ki, bu dinamika inkişaf edəcəkdir. Ermənistan-Azərbaycan münasibətlərindəki vəziyyətin daima təhlükə və təhdidləri ehtiva etdiyini başa düşürük. Ancaq bu gün bu təhdidlər üç, dörd və ya beş il əvvəl olduğu kimi deyil. Son bir il yarım ərzində sərhəddə gərginlik azalıb. Amma təəssüf ki, gərginlik hələ də var,  qurbanlar da var ” - deyə Paşinyan bildirib. 
Eyni zamanda, Ermənistan hökumət başçısı Qarabağ məsələsində hər hansı bir gizli həll yolunun istisna edildiyini vurğulayıb. Bundan əlavə, Paşinyan Ermənistan və  Dağlıq Qarabağdakı separatçı rejim rəhbərliyinin Qarabağ münaqişəsi ilə bağlı fikirlərinin eyni, indentik olduğunu bildirib. 
“Biz tez-tez “Artsax” hakimiyyəti ilə, “prezident” Bako Saakyanla müzakirələr aparırıq. Oxşar müzakirəni  bu yaxınlarda da aparmışıq...”-deyə işğalçı ölkə lideri vurğulayıb.
P.S. Biz 1988-1990-cı illərdə olduğu kimi, hadisələrin dalınca sürünək.... Hələ torpaqlarımızınn azad edilməsi barədə qəti qərar vermək tezdir... (Moderator)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam