Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Ukrayna ilə rüsumsuz ticarət rejimini qismən bərpa etdi-Qismən

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə rüsumsuz ticarət müqaviləsinin bəzi müddəalarının bərpası ilə bağlı sənəd imzalayıb.

Yenixeber.org: "Reuters" xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Sənəddə vurğulanır ki, Amerika tərəfi bir daha razılaşmanı və faktları nəzərdən keçirib, habelə Ukraynadakı mövcud vəziyyəti qiymətləndirib və bir sıra mallar üzrə rüsumsuz ticarəti bərpa etmək qərarına gəlib.

Rüsumsuz rejim əvvəllər Ukrayna üçün məhdudiyyət qoyulan 36 milyon dollarlıq ticarət güzəştinin üçdə bir hissəsini əhatə edir.

Sənədə əsasən, bu qərar 2019-cu il noyabrın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, 2017-ci ilin dekabrında D.Tramp Ukraynadan gətirilən bəzi mallar üçün rüsumsuz rejimi dayandırmışdı. O, qərarını Ukraynanın intellektual hüquqlarını kifayət qədər müdafiə etməməsi ilə əsaslandırmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam