Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Putindən Ermənistana jest...

 

          Ermənistan Rusiyadan qazı və işlənməmiş almazları rüsumsuz alacaq

 

    "Xeberinfo.com": Ermənistan Rusiyadan qazı və emal olunmamış almazları rüsumsuz alacaq. Məlumata görə, Rusiya və Ermənistan təbii qazın, neft məhsullarının və işlənməmiş almazların Ermənistana çatdırılması sahəsində əməkdaşlıq haqqında razılaşmanı təsdiqləyib. Sözügedən məsələ ilə bağlı qanun layihəsini Rusiya prezidenti Vladimir Putin imzalayıb. 
   Tərəflər arasında razılaşma 2 dekabr 2013-cü il tarixində İrəvanda imzalanıb. Razılığa əsasən Rusiya tərəfi Ermənistanın daxili istehlakı üçün lazım olan həcmlərdə neft məhsullarından və təbii qazdan ixracat gömrük rüsumlarını almayacaq. 
    Ermənistana işlənməmiş təbii almazların isə Rusiya almaz çıxarma müəssisələri tərəfindən müəyyən olunmuş şərtlərlə göndərilməsi planlaşdırılır. Rusiyadan Ermənistana gömrük rüsumundan azad olaraq gətirilən məhsulların Rusiyaya geri ixracı qanunla qadağan edilib. 
    Qeyd edək ki, Rusiya, Qazaxıstan və Belarusiya prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko 29 mayda Astanda Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni imzalayıblar. Ermənistanın da yaxın vaxtlarda bu üç ölkəyə qoşulacağı gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam