Yenixeber.org: Politoloq, millət vəkili Rasim Musabəyov açıqlamasında gürcü baş nazirin Azərbaycan prezidenti ilə görüşünü şərh edib.

Politoloqun sözlərinə görə, müzakirə olunmalı xeyli layihə var:

“Hər bir halda, Azərbaycanla Gürcüstan qonşu və strateji cəhətdən partnyorluq edən dövlətlərdir. Yeni baş nazirin ən yaxın dövlət kimi Azərbaycanı seçməsi də təbiidir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi də işə salınıb. Bu görüşdə bizim müzakirə tələb edən digər layihələrimizin də müzakirəsi gözlənilir.”