Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Peykdən istifadə hərbi imkanlarımızı daha da genişləndirir" -Zakir Həsənov (VİDEO)

 

"Peykdən istifadə hərbi imkanlarımızı daha da genişləndirir" - Zakir Həsənov (VİDEO)
General-polkovnik Zakir Həsənov və Müdafiə Nazirliyinin (MN) digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Yenixeber.org: Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib. Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub.

Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.

Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiyalar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışan mütəxəssislərlə görüşən müdafiə naziri rabitə vasitələrinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib.
General-polkovnik Z.Həsənov müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirərək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam