Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Qırğız Respublikası- Azərbaycana birgə müəssisələr yaratmağı təklif edib

Qırğız Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan tərəfinə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yaratmağı təklif edib.

Yenixeber.org: Bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Sultan Əhmədov bildirib.

“Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra halal standartlarına əməl olunması üçün ixtisaslı laboratoriyalar yaratmaq istiqamətində xeyli işlər görülüb. Bundan başqa, bizim geyim əşyalarımıza tələbat yüksək olduğuna görə tikiş sənayesində birgə müəssisələr yaratmağı təklif edirik”, - qırğız rəsmisi qeyd edib.

Bununla yanaşı, Sərmayələrin Təşviqi və Qorunması Agentliyinin direktoru Adilbek Şümkərbekoğlu ölkəsinin sərmayə potensialından söhbət açıb: “Son 10 ildə sürətlə inkişaf etməyə başlayan emal sahəmiz sərmayəçilərin diqqətini cəlb edir. Bundan əlavə, böyük potensiala malik mədən sahəmizə də sərmayədarların marağı var. Hazırda Kanada, Avropa ölkələri, Çin, Qazaxıstan şirkətlərilə çalışırıq. Son 5 ildə İT sahəmiz də xeyli inkişaf edir, bu sahədə bütün vergilərdən azad edən qanun qüvvədədir, böyük güzəştlər tətbiq olunur. Kənd təsərrüfatında, kənd məhsullarının emalında da vergi güzəştləri var. Bundan əlavə, ölkəmizdə yaradılan xüsusi müəssisələr bütün vergilərdən azaddır, gömrük rüsumlarında da xeyli güzəştlər tətbiq olunur”.

2020-ci ildə iki ölkə arasında biznes forum keçirmək təklifini irəli sürən Qırğız Respublikasının baş nazirinin birinci müavini Kubatbek Boronov da bunun ticarət və sərmayə əlaqələrini inkişaf etdirmək baxımdan zəruri olduğunu qeyd edib.

“Təəssüf ki, statistik rəqəmlər ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın potensialından heç də tam həcmdə istifadə olunmadığını göstərir”, - deyən qırğız rəsmisi 2018-ci ildə ikitərəfli ticarət dövriyyəsinin vur-tut 5 milyon dollar səviyyəsində olduğunu qeyd edib: “Cari ilin 6 ayının yekunlarına görə, ticarət dövriyyəsi 170 faiz artıb. Biz Azərbaycana ekoloji təmiz bal, kartof, paxla, ət məhsullarımızı ixrac etməkdə maraqlıyıq. Azərbaycan isə bizə yağ, toxum və s. ixrac edə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam