Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ağadadaş Ağayev Müsavata "yox" dedi

 

Ağadadaş Ağayev Müsavata yer verməkdən imtina etdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının IX qurultayını Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” Şadlıq Sarayında keçirməyə razılıq verib.

Məktubda Müsavatın şadlıq evinin sahibi ilə razılaşma əldə ediləcəyi təqdirdə BŞİH-in buna heç bir etiraz etməyəcəyi qeyd olunub.

Məsələ ilə əlaqədar “Büllur” Şadlıq Sarayının rəhbərliyi ilə əlaqə saxladıq. Məlum olub ki, həmin obyekt uzun müddətdir şadlıq sarayı kimi fəaliyyətini dayandırıb. İndi həmin ərazidə “Büllur” kafe və mərasim evi fəaliyyət göstərir.

O da bildirilib ki, həmin obyektin rəhbərliyi Müsavatın qurultayının orada keçirilməsinə razı deyil. Bununla bağlı etiraz Müsavata da çatdırılıb.

Yaranmış mübahisəli vəziyyəti Müsavat Partiyası da təsdiqləyib. Müsavat başqanın müavini Səxavət Soltanlı deyib ki, yeni məkan axtarılır:

“Əvvəlcə o məkanla maraqlanmışdıq. Biz indi həmin yerlə əlaqə saxladıq, onlar bizim tədbirimizin keçirilməsinin mümkün olmadıqlarını bildiriblər. Yeni məkanla bağlı danışıqlar davam edir”.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayı oktyabrın 12-də keçiriləcək. Qurultayda hazırkı başqan Arif Hacılı partiya üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu ilə sədrlik uğrunda mübarizə aparacaq.

Bildirək ki, sözügedən obyekt populyar müğənni Ağadadaş Ağayevə məxsusdur.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam