Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vilayət Eyvazov “102” Xidməti ilə bağlı əmr imzaladı

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov cinayət və hadisələrlə bağlı məlumatlara baxılması işində operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən daha bir əmr imzalayıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əmrə əsasən cinayətlər barədə "102" Xidmətinə məlumat verən şəxslər fakt üzrə ilkin ərizənin alınması üçün polisə dəvət olunmayacaq. Bu qəbildən müraciətlərlə əlaqədar sənədləşdirmə onlar üçün rahat şəraitdə, yaşadıqları və ya olduqları ünvana gələn polis əməkdaşları tərəfindən aparılacaq.

Bütövlükdə insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunması sahəsində daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam edir və müvafiq yeniliklər haqda ictimaiyyət mütəmadi məlumatlandırılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam