Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Nazir - Rusiyaya ezam ediləcək kursantlarla görüşüb

Nazir Rusiyaya ezam ediləcək kursantlarla görüşüb
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Polis Akademiyalarında təhsil almaq üçün ezam ediləcək kursantları və onların valideynlərini qəbul edib.
Yenixeber.org:    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir qarşıdakı 5 il ərzində Azərbaycan polisini Rusiyada təmsil edəcək gəncləri, eləcə də onların valideynlərini təbrik edib. 

DİN-in Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov məlumat verib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı razılaşmaya əsasən, bu il Azərbaycan DİN-ə Volqoqrad və Nijeqorodsk şəhərlərindəki Polis Akademiyalarında 9 yer ayrılmışdır. Həmin yerlərə qəbul üçün elan edilmiş müsabiqəyə 24 namizəd qatılıb. 

Nazirliyin müvafiq komissiyası tərəfindən müsabiqə tam şəffaflıq şəraitində keçirilərək namizədlərin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində topladığı balları, rus dilində yazı qabiliyyəti və şifahi nitq bacarıqları, eləcə də fiziki hazırlığı əsas götürülüb, yekun olaraq ən layiqli 9 abituriyent seçilib.. 

Nazir, general-polkovnik Vilayət Eyvazov həyatlarında ən əlamətdar günlərdən biri – kursant adına layiq görülmələri münasibətilə onları təbrik edərək, çətin və şərəfli xidmətlərində, təhsildə uğurlar arzulayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam