Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu dəfə almanlar Qarabağda təxribata hazırlaşır... - FOTO

Bu dəfə almanlar Qarabağda təxribata hazırlaşır...

“Almaniyanın iri şirkətlərindən biri Qarabağda qoz və nar əkməklə məşğul olacaq”.

Yenixeber.org: Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, bu haqda bu günlərdə Almaniyada səfərdə olmuş Qarabağda qanunsuz fəaliyyət göstərən “Azad vətən” partiyasının “prezidentliyə namizəd” olan lideri Araik Arutyunyan danışıb. Keçmiş “dövlət naziri” hesab olunan üzdəniraq separatçı siyasətçinin sözlərinə görə, onun danışıqlar apardığı alman şirkəti Xocavənd və keçmiş Ağdərə rayonları ərazisində ilkin olaraq 150 hektarlıq ərazidə nar və qoz əkməyə razılıq verib. A.Arutyunyan əlavə edib ki, bu, ümumiyyətlə, işğal altındakı torpaqlarımızın 10 min hektarında yeni meyvə bağlarının salınması ilə bağlı böyük planın tərkib hissəsidir.

Separatçı siyasətçi “Azərbaycanı aqressiv münasibətindən ehtiyatlanaraq” bəhs edilən Almaniya şirkətinin adını çəkməsə də, həmin şirkət nümayəndəsi ehtimal olunan şəxslərlə bərabər fotolar paylaşıb. Guya A.Arutyunyan almanlarla birgə Münhendə keçirilən “Oktoberfest” pivə festivalında da iştirak edib.

P.S. Yaxşı olar ki, müvafiq qurumlar öncədən araşdırsınlar və doğrudan da belə bir Almaniya şirkəti varsa, onu əvvəlcədən “qara siyahı”ya salıb başında qoz sındırsınlar ki, gəlib öz torpağımızda ermənilər üçün nar, qoz əkməyə cəsarət etməsin... (Moderator)

Bu dəfə almanlar Qarabağda təxribata hazırlaşır...
Bu dəfə almanlar Qarabağda təxribata hazırlaşır...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam