Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

SEPARATÇILAR “SƏRSƏNG” ANBARINDAN YENİ KANAL ÇƏKMƏYİ PLANLAŞDIRIRLAR–İşin içində Avropa ölkələri də var

 

Dağlıq Qarabağı və ətraf əraziləri işğal etmiş erməni terrorçu-separatçıları torpaqlarımızda qnunsuz məskunlaşma və tikinti-quruculuq işləri aparma siyasətini israrla davam etdirirlər.  

Yenixeber.org: Erməni mediası xəbər verir ki, işğalçılar bu dəfə Avropadan investisiyanın cəlb edilməsi yoluyla, Sərsəngin yeni sağ sahil kanalını tikməyə hazırlaşırlar.

Bir neçə il ərzində tikilib təhvil verilməsi planlaşdırılan bu kanal vasitəsi ilə su anbarından suyu öz axını ilə axıtmaq və işğal altındakı Ağdərə rayonunun tarlalarını suvarmaq məqsədi güdülür. Layihədə rayon ərazisində 3 yeni su anbarının tikilməsi də planlaşdırılır.

Onu da qeyd edək ki, erməni mediası bu məlumatı separatçı rejimin “prezidentinin müşaviri”, “xüsusi işlər üzrə nümayəndəsi” kimi təqdim etdikləri Araik Arutyunyana  istinadla yayıblar.

Arutyunyan özünün “facebook” səhifəsində vurğulayıb ki, bu investisiya layihəsi onun Avropa ölkələrinə olan səfərinin məhsuludur və bu layihə Qarabağda suvarılan torpaqların sahəsini ikiqat artırmağa imkan verəcək.

Araik Arutyunyan onu da yazıb ki, layihə çərçivəsində tikiləcək yeni SES-lər gələcəkdə elektrik enerjisini ixrac etməyə də imkan verəcək: “İnvestorlar göstərilən yerlərdə bağçılığın inkişafında da iştirak edəcəklər. Onların nümayəndələri Arsaxdadırlar (Dağlıq Qarabağda-red.) və bu  böyük layihənin həyata keçirilməsi müddətlərini və texniki məsələlərini müzakirə edirlər”.

Qeyd edək ki, Arutyunyan separatçı rejimlə anlaşan Avropa ölkəsinin və şirkətinin adını hələ açıqlamayıb. Sadəcə, bildirib ki, “digər xoş yeniliklər haqqında” sonra məlumat verəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələ məsələyə mövqeyini açıqlamayıb.

Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam