Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq

Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə...

Yenixeber.org: “Bakı Metropoliteni” 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planı həyata keçirəcək.

Bu barədə məlumat verən qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, yanvar ayının 10-dan başlayaraq, metropolitenin keçidlərində, vestibüllərində, plaftormalarında cari təmir, təmizlik işləri görülür:

“Bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir. Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq. Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək. Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər”.

B.Məmmədov qeyd edib ki, qanlı yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq:

"Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək.
Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin çoxminlik kollektivinin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edərək, onların ruhuna dualar oxuyucaq, məzarları önünə təzə-tər güllər düzəcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam