Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İranlı aktrisa üzr istədi –Səba Kəmali statusu “Instagram” səhifəsindən silib

Xəbər agentliklərindən birinin həbsi haqqında məlumat yaymasından sonra tanınmış iranlı aktrisa Səba Kəmali üzr istəyib.

Yenixeber.org:   Aktrisa futbol matçına girməyə cəhd ittihamıyla üzləşəndən sonra özünü yandırıb intihar edən “Mavi qız” ləqəbli Səhər Xodayari ilə həmrəylik nümayiş etdirib.

Səba Kəmali “Instagram”-da bir qeyd yazıb və həmin qeyddə, iddiaya görə, İslam müqəddəslərini təhqir edib.

Bundan sonra “Fars” agentliyi Kəmalinin həbsi barədə məlumat yayıb. Lakin hüquq-mühafizə orqanları xəbəri rəsmən təsdiqləməyiblər.

Sentyabrın 11-də başqa bir informasiya agentliyi aktrisanın həbsini xəbər verdikdən sonra Səba Kəmali əvvəlki statusu “Instagram” səhifəsindən silib.

O, yeni mətn yazıb və üzrxahlıq edib: “Mən hər bir iranlı kimi öz dinimə inanıram. Bu, xeyirxah və insansevər bir dindir və inanıram ki, heç kim imamların xüsusi statusunu ləkələyə bilməz, çünki imamlar hamımız üçün möhtərəm şəxslərdir. Həqiqi möminin heç vaxt çirkin sözlər işlətməyəcəyinə inanıram, buna görə təhqirlərlə əlaqəm yoxdur. Həqiqi dindarların dini hissləri incikdirsə, onlardan üzr istəyirəm. İran – vətənimiz və hamımız iranlıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam