Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur cütlük boşanır?

Aktrisa həyat yoldaşının ailə üzvlərini də “unfollow” edib.

Yenixeber.org: Bir müddətdir ki, Türkiyə gündəmini aktrisa Beren Saatla pop ulduz Kənan Doğulu zəbt edib.

Cütlüyün boşanacaqları barədə şaiyələr günü -gündən artmağa başlayıb. Mövzu barədə Kənan “Elə bir şey yoxdur, boşanmırıq” desə də, Berenin instaqramda müğənni ilə şəkillərini pozması müzakirələri daha da artırıb.

Aktrisa səhifəsində Kənanla cəmi bir fotonu saxlayıb, qalan şəkilləri hesabından silib. Bundan əlavə, hər iki tərəf instaqramda bir-birini daha izləmir. Hətta, aktrisa həyat yoldaşının ailə üzvlərini də “unfollow” edib.

Həmçinin Beren Kənanın “360 derece” adlı solo konsertində iştirak etməyib. Pop ulduzun anası Serpil Doğulu mövzu barədə media nümayəndələrinin suallarını cavablandırıb. Onun oğlunun aktrisa ilə boşanacağı xəbərinə “Mən bilmirəm, siz daha yaxşı bilərsiz” reaksiyasını verməsi yayılan dedi-qoduları gücləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam