Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Ermənistan Qarabağdan rədd ol!":Ankaradakı mitinqdən

 

Türkiyənin Vətən Partiyasının gənclər təşkilatı görkəmli dövlət xadimi Tələt paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada izdihamlı etiraz nümayişi keçirib.

Yenixeber.org: Ankaranın mərkəzi Ulus meydanında təşkil olunan nümayişdə minlərlə insan iştirak edib. “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlarla yürüş edən nümayişçilər 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.

Nümayişçilər adından yayılan bəyanatda bildirilir ki, sözügedən heykəlin quruluşu və siyasi mahiyyəti insanlıq əleyhinə cinayətdir. Nümayişçilər Türkiyənin dövlət və hökumət orqanları qarşısına məsələ qaldırıblar ki, bu heykəlin götürülməsi üçün bütün diplomatik vasitələrdən istifadə olunsun, o cümlədən beynəlxalq təşkilatlar qarşısına qətiyyətlə məsələ qaldırılsın. 

Bəyanatda göstərilir ki, Türkiyə gəncliyi heç vaxt Tələt paşaya qarşı edilən təhqiri bağışlamayacaq. 

Qeyd edək ki, nümayişdə, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin dayandırılması, o cümlədən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırımını törədənlərin cəzalandırılması tələb olunub. Dünya birliyinin bu acı həqiqətlərə göz yummasının yolverilməz olduğu ifadə edilib.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam