Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Bakıda müştəri restoranın - gender bərabərliyini pozmasından şikayətlənir

Sosial şəbəkədə müştəri Bakıda yerləşən “Paris Bistro” restoranının gender bərabərliyini pozmasından şikayətlənib. 

Yenixeber.org:  Şikayətçi iki dostu ilə həmin restoranda əyləşmək üçün içəri daxil olub. Lakin ofisiant onları qapıda qarşılayaraq restoranda oturmaq üçün hər birinin 25 manat ödənəli olduğunu deyib: "Bunun yeni qayda olub-olmadığını soruşdum, cavab olaraq dedi ki, "xeyr, əvvəldən bizdə belə olub".

Telefon nömrələrinə zəng etdim və aydın oldu ki, 25 manat depozit ödəməli olmağımıza səbəb bizim oğlan olmağımızdır. Telefonda danışan şəxs dedi ki, hətta 10 nəfər kişi ilə 1 nəfər qadın gəlsəydi depozit istənilməyəcəkdi. Bu da şəhərin ən müasir kafelərindən birində olan "gender ayrıseçkiliyi". 4 nəfər kişi bu restorana gediriksə, minimum 100 manat ödəməliyik. Nəyə görə? Kişi olduğumuza görə?”.

“Report” ittiham olunan “Paris Bistro” restoranı ilə əlaqə saxlayıb. Rertorandan fakt təsdiqlənib: “Bəli, depozit restoranın terrasına tətbiq edilir. Əgər axşam 6-dan sonra 3 nəfər bəy gələrsə, adambaşı 25 manat ödəməlidirlər. Amma yanlarındakı 4-cü şəxs xanım olarsa, depozit tətbiq edilmir. Bu restoranın daxili qaydasıdır və başqa məsələlər var”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam