Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Ən gözəl məscid Peterburqdadır” – Putinlə Kadırovun məscid mübahisəsi…

cecen-lider-kadirov

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla Moskvada işgüzar görüş keçirib.

Yenixeber.org: Görüşdə müzakirə olunan məsələlərdən biri də Çeçenistanda yeni inşa olunan və Avropada ən böyük hesab edilən məscidlə bağlı olub.

Putin Kadırovdan Şali rayonunda tikilən və Məhəmməd Peyğəmbərin adı verilən məscidin doğrudanmı Avropada ən böyük məscid olduğunu soruşub. Çeçenistan rəhbəri müsbət cavab verib və “o, həm də dünyada ən gözəl məsciddir” deyərək, əlavə edib. Lakin Putin Kadırovla razılaşmayıb və bildirib ki, “dünyada ən gözəl məscid Peterburqdadır”. Kadırov isə prezidentə cavabında “sizinlə mübahisə edə bilmərəm, Vladimir Vladimiroviç” deyib.

Xatırladaq ki, Putinin söhbət açdığı məscid ötən əsrin əvvəlində Sankt-Peterburqda inşa edilib. Sovet hökuməti onu 1940-cı ildə bağlasa da, 1955-ci ildən etibarən məscid yenidən dindarların ixtiyarına verilib.

“AzPolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam