Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Başqaları da bizə silah təklif edir, amma belə olanda Moskva deyir ki...” - SƏRKİSYAN DA İSRAİL SİLAHLARI İSTƏYİR

“Başqaları da bizə silah təklif edir, amma belə olanda Moskva deyir ki...”


Ermənistanın keçmiş baş naziri, “Respublika” partiyasının lideri Aram Sərkisyan Amulsaran qızıl yatağının işlənilməsinə dair neçə vaxtdır davam etməkdə olan mübahisələrdə hökumətin mövqeyinə haqq qazandırıb. Deyib ki, Ermənistan Azərbaycan kimi yaxşı silahlanmaq, İsrail silahları almaq üçün gərək öz dağ-mədən sənayesini inkişaf etdirsin. Bu, ətraf mühitə zərbə vursa belə.

Yenixeber.org:  Aram Sərkisyan bu haqda Ermənistan İctimai Televiziyasına danışıb. Amulsaran qızıl yatağında hasilat işlərinin dayandırılması tələbi ilə yerli sakinlər və ətraf mühit fəalları neçə vaxtdır aksiyalar keçirir. Hesab edirlər ki, bu yatağın işlənməsi müalicəvi Cermuk bulaqlarının qurumasına, ətraf mühitə digər zərərlərin dəyməsinə gətirib çıxarar. Cermuk kurort şəhərindən 13 kilometr məsafədə yerləşən yataqda işlər 6 aydır ki, ekoloji ekspertiza üçün dayandırılıb, amma hökumət işlərin bərpa edilməsinə razılıq vermək istəyir. Çünki ekspertiza rəyinə əsasən yatağın işlənməsi ətraf mühitə ziyan vurmayacaq. Baş nazir Paşinyan ötən həftə etirazçılarla görüşsə də yatağın işlənilməsinə dair lisenziyanın ləğv edilməyəcəyini açıqlayıb.

Aram Sərkisyan belə hesab edir ki, Ermənistan iqtisadiyyatı üçün lokomotiv məhz dağ-mədən sənayesi olmalıdır. Və bu sahədə maksimal mümkün həddə məhsul hasil edilməlidir. Çünki Ermənistanda dağ metallurgiyasının inkişafı təhlükəsizlik məsələsi və Dağlıq Qarabağ problemi ilə birbaşa bağlıdır.

“Azərbaycan da neft hasil edib ekologiyasına ziyan vurur, amma əvəzində İsrail silahları, məsələn, pilotsuz təyyarələr alır. Hansı ki, onlar 2016-cı ilin aprel müharibəsində bizə problem yaratdılar”,-Sərkisyan bildirib.

“Respublika” partiyasının lideri qeyd edib ki, Ermənistan silahları Rusiyadan alır, üstəlik borca. Nəticədə Moskva hansı silahı təklif edirsə onu almağa məcburdur.

“Mən isə istəyirəm ki, bizim pulumuz olsun və əgər Rusiya bizə lazım olan silahı təklif etmirsə o zaman məsələn, İsrail silahlarını ala bilək. Axı bizə başqaları da silah təklif edir, üstəlik daha sərfəli şərtlərlə. Amma biz bunları ala bilmirik, çünki o zaman Moskva deyir ki, belə olanda biz bu və ya digər silah növünü almayacağıq”,-Aram Sərkisyan bildirib. (Virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam