Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Hökumət əlacsız qalıb Azərbaycanın layihəsinə icazə verdi, nümayişlər başladı-"20 milyard avro cərimə ödəməliydik..."

 

İtaliyada hökumətin Transadriatik qaz kəmərinin (TAP) tikintisinin bərpa edilməsinə gözlənilmədən icazə verməsinin ardınca “No TAP” hərəkatı nümayişlərə başlayıb. İtaliya mətbuatı xəbər verir ki, hərəkat bu gün oktyabrın 28-də yerli vaxtla saat 10-da TAP kəmərinin keçdiyi sahilyanı San-Foka bölgəsində nümayiş keçirəcəyini elan edib.

Yenixeber.org: İtaliyanın baş naziri Cüzeppe Konte ötən gün TAP-ın tikintisinin bərpa edilməsinə icazə verilməsi barədə qərar imzalayıb. Baş nazir bildirib ki, artıq bu layihəyə müdaxilə etmək və dayandırmaq mümkün deyil. Çünki əvvəlki hökumət layihə ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb.

Qərarla bağlı etirazların baş qaldırılmasının ardınca baş nazir deyib ki, TAP-n ətraf mühitə təsiri barədə iki aydır araşdırma aparılırdı və nəticələrə əsasən bu qaz kəməri ekoloji standartları pozmur. Baş nazirin müavini Di Mayo isə bildirib ki, TAP-ın tikintisi dayandırılsaydı hökumət böyük məbləğdə cərimələr ödəməli olacaqdı.

“Biz iki aydır araşdırma aparırdıq və bu layihənin bütün aspektlərini öyrəndik, məlum oldu ki, tikinti dayandırılsa biz cərimələr şəklində 20 milyard avroya qədər vəsait ödəməliyik, yəni vətəndaşların illik gəlirinin cəmindən çox”-Di Mayo bildirib.

Buna cavab olaraq “No TAP” hərəkatı ətraf mühit naziri Barbara Lezziyə müraciət edib ki, sabah Melandunyoya yollansın və həmin məbləğdə cərimələrin ödənilməli olduğunu sənədlərlə sübut etsin. Habelə “No TAP” hərəkatının fəalları hakim koalisiyada yer alan və uzun müddət TAP layihəsinə qarşı çıxan rusiyameylli “5 Ulduz” hərəkatının nazirlərini istefaya çağırıblar. Onlar bildirilər ki, “5 Ulduz” hərəkatı hökumətdə yer alarsa TAP-ın dayandırılmasına nail olacağını bildirirdi, indi isə onlar koalisiyanın digər ortağına-“Şimal Liqası”ına satılıblar.

TAP Azərbaycan qazını Avropaya nəqli üçün açılan Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu dəhliz “Şahdəniz-2” yatağının işlənməsi xərcləri də daxil olmaqla 40 milyard dollardan çox investisiya hesabına başa gələcək.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam