Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DYP sürücülərə müraciət etdi –Yağışlı hava şəraiti ilə əlaqədar

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Yenixeber.org: İdarədən verilən məlumata görə, yağmurlu hava şəraitində sürücülər yol və metroloji şəraiti nəzərə almalıdırlar. Belə ki, bu cür hava şəraitində əyləc sistemindən düzgün istifadə etməmək nəqliyyat vasitəsinin sürüşməsinə gətirib çıxara bilər. Bu da real yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur:

“Bəzən belə hava şəraitində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar sürücülər özlərini inzibati məsuliyyətdən azad etmək üçün hava şəraitini bəhanə gətirirlər. Əslində isə bu, belə deyil. Nəqliyyat vasitəsi qanunun tələbi əsasında, yol və meteoroloji şərait nəzərə alınmaqla idarə edilməlidir ki, hər hansı təhlükə yaransa yayınmaq mümkün olsun.
Təəssüf ki, sürücülərin sürət həddinə riayət etməməsi, ara məsafəsini düzgün saxlamaması, hərəkət istiqamətində diqqətsizliyə yol verməsi, eyni zamanda, sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən düzgün istifadə etməməsi yol qəza hadisəsinin yaranmasına səbəb olur. Yağmurlu hava şəraiti nəticəsində paytaxtda bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bütün bunları nəzərə alaraq sürücülərə yağmurlu hava şəraitində diqqətli olmağı tövsiyə edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam