Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BNA-dan hava şəraiti ilə bağlı - xəbərdarlıq

BNA-dan hava şəraiti ilə bağlı xəbərdarlıq
Bakı Nəqliyyat Agentliyi (BNA) müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir. 

Yenixeber.org:  Agentlikdən verilən məlumata görə, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır.
Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər. BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər. 

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Vətəndaşlardan hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam