Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koçaryan Paşinyanın tezliklə devriləcəyini bəyan etdi

 

Koçaryan Paşinyanın tezliklə devriləcəyini bəyan etdi
Ermənistanın indiki hakimiyyətinin ömrü qısa olacaq və bu cür idarəetmə ilə hazırkı baş nazir ikinci dəfə seçilə bilməyəcək. 

Yenixeber.org: Bu fikirləri ölkənin sabiq prezidenti Robert Koçaryan “Qolos Armenii” nəşrinə müsahibəsində səsləndirib.
Sabiq prezident bildirib ki, yüksək ehtimalla ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. 

“Seçicilər populist siyasətçilərin boş vədlərindən təngə gəliblər və seçkilərdə bunu aydın ifadə edəcəklər”, -deyə Koçaryan əlavə edib. Onun sözlərinə görə, Ermənistan müxalifətinin birləşməsi üçün çox əlverişli şərait yaranıb. 

“Hakimiyyətə qarşı çıxış edən müxalifətin müxtəlif mərkəzləri olacaq, lakin onların arasında fəal qarşılıqlı fəaliyyət yaranacaq. Ölkədə sağlam qüvvələrin konsolidasiyasına böyük ehtiyac duyulur. Bu proses parlament müxalifətinin də fəallaşmasına səbəb olacaq, əks halda onlar öz elektoratını itirəcəklər”, -deyə keçmiş dövlət başçısı vurğulayıb. 

Koçaryanın sözlərinə görə, payızda müxalifət düşərgəsində hakimiyyətə qarşı birləşmə prosesi başa çatacaq, siyasi mübarizə isə daha sistemli və genişmiqyaslı xarakter alacaq. 

Xatırladaq ki, sabiq prezident hazırda həbsdədir. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi cəhdində ittiham olunur.(azertac)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam