Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kim bu ölkəyə raket atdı

 

Kim Yaponiya istiqamətinə raket atdı

Şimali Koreya Yoponiya istiqamətində iki raket atıb. Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Yenixeber.org: Raket atışları yerli vaxtla səhər saat 5:34 və 5:57-də olub. Cənubi Koreya hərbçilərinin sözlərinə görə, mərmilər Vonson şəhəri tərəfdən atılıb. Raketlər bu ilin mayında Pxenyanın atdığı raketlərə bənzəyib.

“Hərbçilərimiz döyüş hazırlığı vəziyyətində olmaqla, yeni raket atışlarıyla bağlı bağlı vəziyyəti diqqətlə izləyirlər”, – Müdafiə Nazirliyindən bildirilib.

Cənubi Koreya hərbçiləri hesab edir ki, Şimali Koreya yaxın mənzilli raketləri sınaqdan keçirib. Raketlərdən birinin uçuş məsafəsinin 690 kilometr, digərinin isə 430 kilometr olduğu bildirilir. Hər ikisi Yapon dənizinə düşüb. İndi Cənubi Koreyanın Müdafiə Nazirliyi bunların hər ikisinin eyni tipli raketlər olub-olmadığını müəyyənləşdirməyə çalışır.

“Bloomberg” bildirir ki, Cənubi Koreya hökuməti raketlərin uçuşuyla bağlı məsələni Rusiya və Çin təmsilçiləri ilə müzakirə etmək istəyir. Müdafiə Nazirliyinin əməkdaşı Tsoy Hen Su Şimali Koreyadan bu cür hərəkətlərin dayandırılmasını tələb edib. Bildirib ki, belə addımlar Koreya yarımadasında hərbi gərginliyin azaldılmasına yox, əskinə, artmasına xidmət edir.

Yaponiyanın müdafiə naziri Taeksi İvay deyib ki, atılmış raketlərlə bağlı araşdırmaları davam etdirirlər. Əgər onlar ballistik raketlər olubsa, onların sınaqdan keçirilməsi BTM-nin qətnamələrinin pozuntusudur.

Bildirilir ki, Şimali Koreya ABŞ və Cənubi Koreyanın avqust ayında keçirilməsi nəzərdə tutulan birgə hərbi təlimləri təxirə salmaqdan imtina etməsinə cavab olaraq, bu addımı atıb. Şimali Koreya o təlimləri öz təhlükəsizliyinə hədə sayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam