Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Venesuelada - elektrik təchizatının kəsilməsinə görə qeyri-iş günü elan edilib

Venesuela hökuməti bütün ölkə ərazisində elektrik təchizatındakı fasilələr səbəbindən iş fəaliyyətlərini və təhsil müəssisələrindəki dərsləri bu gün ləğv edib.

Yenixeber.org: Bu barədə hökumət nümayəndəsi Xorge Rodriges “Twitter”də bildirib.

“Elektrik təchizatının bərpasına yardım etmək məqsədilə iyulun 23-də iş günü və təhsil müəssisələrindəki dərslər ləğv olunub. Vətəndaşlara xüsusi ehtiyac olmadan evlərindən çıxmamaları tövsiyə olunur”, - X.Rodriges qeyd edib.

Eyni zamanda ölkənin elektrik naziri Freddi Btito da “Twitter”də elektrik təchizatını artıq bərpa etdiklərini açıqlayıb.

Xatırladaq ki, ötən gün axşam paytaxt Karakasın, habelə 23 ştatın hamısının bir çox bölgələrində elektrik təchizatı kəsilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam