Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

6 mindən çox sakinə ŞAD XƏBƏR - Bu qəsəbədə heç bir problem QALMAYACAQ

 

6 mindən çox sakinə ŞAD XƏBƏR - Bu qəsəbədə heç bir problem QALMAYACAQ

Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürülərək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunublar.

Yenixeber.org: Bu barədə “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq “Məhəmmədi” və “Masazır” yarımstansiyalarından adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yenilənib:

“Əhali istehlakçı qrupları qeyri-əhali istehlakçı qruplarından ayrılaraq 24 saatlıq dayanıqlı fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin olundular”.Bu ərazilərdə hava şəraiti imkan verdikcə son aylarda əlaqələndirici xəttlər yenilənərək 400-ə yaxın dayaqlar dəmir beton dayaqlarla əvəzlənib. Hava elektrik verilişi xəttləri yeraltı kabel xəttlərlə və xüsusən, özünü daşıyan izolyasiya kabel xəttləri ilə əvəzlənib.Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyərli elektrik enerjisi ilə təmin olunublar. Yeni Saray,Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalardan əlaqələndirici xəttlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaqlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam