Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Etibar Pirverdiyev at ilxısını satdı –Birini 500 min dollara

 

Etibar Pirverdiyev at ilxısını satdı –

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyev özünün bahalı cins atlarını satıb. Belə ki, atlara və at yarışlarına xüsusi marağı olan Pirverdyev 2000-ci illərin ortalarından etibarən İngiltərədən bahalı atlar almağa başlayıb. 

Yenixeber.org: Sabiq "işıq şefi"nin aldığı ən bahalı atın dəyəri 450 min manat (ABŞ dollarının həminki məzənnəsi ilə 500 min dollardan çox) olub. 

Bu atların saxlanılmasına "Azərenerji"nin sabiq rəhbəri ayda təxminən 8 min manat xərcləyirmiş. Bu, gündə təxminən 300 manata bərabər bir məbləğdir. 

Lakin o, vəzifəsini itirdikdən sonra vaxtilə aldığı cins atları saxlamaq istəməyib və onları əldən çıxarıb. Pirverdiyevin ümumi dəyəri təxminən 1 milyon manatla ölçülən həmin atları satdığı, yoxsa hədiyyə etdiyi konkret olaraq bəlli deyil.

Məlum olan odur ki, Bakının məşhur atçılıq klublarından birində saxlanılan və hər ay bəslənilməsinə külli miqdarda vəsait ayrılan ingilis mənşəli cins atlar artıq Etibar Pirverdievə aid deyil. 

Onu da deyək ki, həmin atçılıq klubunda "Azərenerji"nin keçmiş prezidenti ilə yanaşı bir çox başqa iri məmurların da atları var. Həmin məmurların bəziləri artıq postunu itirib, bir çoxu isə hələ də vəzifədədir.  

Sözügedən atlar əyləncə məqsədilə yarışlara cəlb edilirmiş. 

Xatırladaq ki, atlara xüsusi rəğbəti ilə bilinən Pirverdiyev eyni zamanda Şabran rayonunda dəvə fermasının olması ilə məşhur idi.(qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam