Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

PİRVERDİYEVİN “AZENKO”SUNDA NƏ BAŞ VERİR? –“AzərEnerji” iş vermir, işçilər 2 aydır maaş almır…

b4532e932605

“Azenko” Açıq Səhmdar Cəmiyyətində (ASC) işçilərə 2 aydır ki, əmək haqqı verilmir. 

Yenixeber.org: Bu barədə şirkətin əməkdaşlarından biri məlumat verib.

Onun sözlərinə görə, buna səbəb “Azenko” ASC-nin fəaliyyətində durğunluğun yaranmasıdır. “Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra “AzərEnerji” ASC tərəfindən “Azenko” iş verilmir. Buna görə şirkətin işçiləri işsiz və maaşsız qalıblar. Xahiş edirik müafiq orqanlar bizim problemi həll etsinlər”, - mənbə bildirib.

Qeyd edək ki, “Azenko” ölkədə tikinti-quraşdırma işlərini yerinə yetirən ən böyük şirkətlərdən biridir.

Şirkətin “AzərEnerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə məxsus olduğu, onun yaxın qohumları tərəfindən idarə olunduğu bildirilir. Düzdür, sonrada əlindən alndığına dair məlumatlar da yayıldı.

azenko

Ancaq hər halda Etibar Pirverdiyev “AzərEnerji”yə rəhbərlik etdiyi dövrdə həm enerji sektorunda, həm də başqa sahələrdə ona həvalə edilən tikinti-quraşdırma işləri “Azenko” ASC vasitəsilə həyata keçirilirdi. Bu zaman həyata keçirilən işlərin dəyəri dəfələrlə şişirdilərək dövlət büdcəsinin 10 milyonlarla manat vəsaiti mənimsənilirdi.

Məsələn, 30 milyona başa gələn Dövlət Bayraq Meydanının tikintisi “Azenko” ASC tərəfindən həyata keçirilmişdi. Bir müddət sonra tikintinin keyfiyyətsiz  olduğu, pulların böyük hissəsinin mənimsənildiyi ortaya çıxdı. Eləcə də “AzərEnerji”nin sifarişi ilə görülən işlərin dəyəri də dəfələrlə artıq yazılmaqla, keyfiyyətsiz şəkildə yekunlaşdırılırdı. 2018-cı ildə baş verən enerji böhranı zamanı bu fakt öz təsdiqini tapdı.

Belə görünür ki, həmin enerji böhranına görə yalnız Etibar Pirverdiyev deyil, “Azenko” ASC də cəzalandırılıb. Əlbəttə, dövlət vəsaitinin talanmasında iştirak edən şirkət rəhbərliyinə artıq iş etibar edilməməsi başadüşüləndir. Ancaq şirkətdə çalışanların, zəhməti ilə  çörəyini qazanan fəhlələrin, mütəxəssislərin günahı nədir, bilmirik.

1547709520_1547708041-663

Ancaq onu bilirik ki, “AzərEnerji”nin yeni prezidenti Baba Rzayevin ASC-də həyata keçirilən bütün tikinti-quraşdırma işlərini qardaşına və digər yaxınlarına məxsus şirkətlərə həvalə etdiyinə dair məlumatlar yayılıb. Bəlkə də qohum-əqrəbanın tələbatı çox olduğundan, hörmətli Baba müəllim “Azenko”ya iş tapıb verə bilmir…(azpolitika) 

Elman


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam