Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ən böyük elektronika istehsalçıları Çindən “qaçmağa” hazırlaşır- Səbəb

Dünyanın ən iri elektronika istehsalçıları ABŞ sanksiyalarından yayınmaq üçün yaxın zamanlarda Çindəki istehsalatlarını qismən dayandıracaq.

Yenixeber.org: “Hewlett-Packard” (HP) və “Dell” kompaniyaları istehsalatlarının təxminən 30 faizini Çinin xaricinə çıxarmaq istəyir. Hazırda “Microsoft”, “Google”, “Amazon”, “Sony”, həmçinin video-oyun və əyləncə sənayesi nəhəngi Yaponiyanın “Nintendo” kompaniyası analoji tədbirləri nəzərdən keçirir. Dünyanın ən iri personal kompüter və noutbuk istehsalçılarından olan “Lenovo” və “Acer” də istehsalatlarını Çindən çıxarmaq haqqında düşünür.

Xatırladaq ki, ABŞ mayın 10-da Çindən idxal olunacaq məhsullara rüsumları növbəti dəfə – 10 faizdən 25 faizə qədər artırıb. Vaşinqton bu addımı Çinin ticarət sazişindən uzaqlaşması ilə izah edib. Pekin isə buna cavab olaraq iyunun əvvəlindən ABŞ-dan idxal olunacaq 5 mindən artıq məhsula rüsum tətbiq edib.

İyunun 29-da Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammiti meydanlarında ABŞ Prezidenti Donald Trampla ÇXR sədri Si Cinpin arasında tam formatlı ikitərəfli görüş baş tutub. Görüş çərçivəsində liderlər ticarət danışıqlarının bərpa edilməsi barədə razılığa gəliblər. Donald Tramp Çin mallarına müəyyən bir müddət yeni rüsumlar tətbiq etməyəcəyinə vəd verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam