Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənilərin qətlə yetirdiyi uşaqlar... –Deputat Avropada faktları açıqladı

 

Ermənilərin qətlə yetirdiyi uşaqlar... –

Dünyadakı uşaqların yarısının zorakılıqdan əziyyət çəkməsindən ciddi narahat olmalı və onların güclü müdafiəsi, uşaqlara qarşı zorakılıqla mübarizə istiqamətində səylərimizi daha da gücləndirməliyik. Yenixeber.org: Məruzəçinin irəli sürdüyü təklifləri dəstəkləməklə yanaşı, bəzi məsələlərə də xüsusi diqqət göstərilməsinə çağırırıq. Uşaqlara qarşı zorakılıq işğalların, münaqişələrin olduğu bölgələrdə daha dəhşətli olur. Körpə uşaqları Ermənistan tərəfindən qətlə yetirilmiş, zorakılığa məruz qalmış ailələr adından danışmaq istəyirəm. Avropa Şurasının üzvü olan Ermənistanın qurumun digər üzvü Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi nəticəsində 10 minlərlə uşaq köçkün düşdü və o insanlar bu günə qədər də köçkün həyatı yaşayırlar.

Bu fikirləri AŞPA-nın yay sessiyasında “Miqrant uşaqlara qarşı zorakılıq və onların istismarına son qoymaq” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü Qənirə Paşayeva söyləyib.

Deputat bildirib ki, onlarla azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilib. Ermənistanın Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı zamanı 63 uşaq qətlə yetirilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Onlarla uşaq o soyqırımından qaçarkən soyuq qış günlərində həyatını, sağlamlığını itirib. 

Bunları sadalayıram ki, işğalların, münaqişələrin uşaqlara qarşı nə qədər böyük zorakılıqlara, faciələrə səbəb olduğunu bir daha diqqətinizə çatdırım. Minlərlə azərbaycanlı uşağa qarşı bu zorakılıqları törədənlər isə hələ də ədalət qarşısında cavab verməyiblər. Ermənistan AŞPA-nın qəbul etdiyi qətnamələri bu gün də yerinə yetirməkdən imtina edir. Bu uşaqlara qarşı zorakılıq və cinayətlərin qarşısını almaq üçün təəssüf ki, Avropa Şurası heç bir ciddi addım atmadı. Ermənistan silahlı qüvvələri azərbaycanlı uşaqlara qarşı zorakılıqları davam etdirir. 2011-ci ildə Ermənistan hərbçiləri öz həyətində oynayan zaman 9 yaşlı Fariz Bədəlovu başından snayperlə vurdular, 13 yaşlı Aygün Şahmalıyevanı, 2017-ci ildə isə 2 yaşı tamam olmamış balaca Zəhranı qətlə yetirdilər. Bu siyahını davam etdirmək olar. Bu zorakılıqları, cinayətləri törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Zamanında baş verən zorakılıqlarla bağlı təşkilatımız tərəfindən ciddi addımlar atılsaydı, bəlkə nə qədər uşaq bu gün aramızda olardı. “Sizi uşaqlara qarşı törədilmiş zorakılıqlara qarşı birlikdə, ikili standartlara yol vermədən daha ciddi mübarizəyə çağırırıq”, - deyə deputat qeyd edib.

Q.Paşayeva bildirib ki, Azərbaycan uşaqlara qarşı zorakılıqla ciddi mübarizə aparır. Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq, uşaqlara qarşı pis rəftar, uşaqların istismarı, uşaq alveri və işgəncələrin bütün növlərinə son qoymaq dövlətin əsas prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə BMT, AŞPA da daxil olmaqla, beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir. İnsan alveri, o cümlədən uşaqlara qarşı zorakılıqla bağlı hesabatlar parlamentimizdə müzakirə olunur, qanunvericilikdə uşaqların müdafiəsi mexanizmləri daha da gücləndirilir, maarifləndirmə işlərinə böyük önəm verilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq və görülən işlər daha da genişlənir. Uşaqların hamısının ibtidai və orta təhsil alması təmin edilib.

Deputat qeyd edib ki, Azərbaycanda köçkün uşaqların təhsili, zorakılıqdan müdafiəsinə xüsusi diqqət yetirilir. Avropa Şurasının Avropada uşaqlara qarşı zorakılıq halları ilə mübarizə istiqamətində reallaşdırdığı “Hər beş uşaqdan biri” kampaniyası ölkəmizdə uğurla həyata keçirilib. Azərbaycanda uşaq zorakılığının qarşısının alınmasında milli strategiya yüksək səviyyədə həyata keçirilir və mövcud qanunvericilik ildən-ilə təkmilləşdirilir. Milli Məclisdə müxtəlif yerli və beynəlxalq qurumların, hökumət və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə tədbirlər keçirilib, məktəblərdə “Biz zorakılığa yox deyirik” mövzusunda müzakirələr aparılıb və bu işlər davam edir. Bütün bunlara baxmayaraq, bu istiqamətdə daha çox işlərin görülməsi dövlətin diqqət mərkəzindədir.

“İnanırıq ki, bugünkü müzakirələr və qəbul edilən qətnamə layihəsi də üzv ölkələrdə uşaqlara qarşı zorakılıqla daha səmərəli mübarizəyə öz müsbət töhfəsini verəcək", - deyə Q. Paşayeva vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam