Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koreyadan gələn məxfi qatar Çin sərhədini keçib–İçində Kim Çen Inın olduğu guman olunur

İçərisində Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək vəzifəli rəsmisinin olduğu güman edilən qatar yerli vaxtla saat 22:15-də Çinin Dandun həmsərhəd şəhərinə çatıb.

Yenixeber.org: Bu barədə Yonhap agentliyi açıqlanmayan mənbələrə istinadla məlumat yayıb. Agentlik KXDR-Çin sərhədindəki yüksək səviyyədə təhlükəsizlik tədbirlərini əsas götürərək qatarda Şimali Koreya lideri Kim Çen Inın olması ehtimalını irəli sürür. Qatar iki ölkənin sərhədini keçərkən təhlükəsizlik qüvvələrinin onlarla avtomobili və əməkdaşı yolları bağlayıblar. Qatarın yanvarın 8-də səhər saatlarında Pekinə çatacağı güman olunur.

Qeyd edək ki, KXDR lideri Kim Çen In ötən il 3 dəfə Çinə səfər edərək bu ölkənin Sədri Si Cinpin ilə görüşüb. O, mart ayında ilk səfərində də Pekinə qatarla gəlmişdi. Lakin hər iki ölkənin rəsmi KİV-ləri bu barədə səfər başa çatandan sonra ictimaiyyətə məlumat yaydılar.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam