Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Azərbaycan - XİN açıqlama yayıb

"Fransa ədliyyə orqanları bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.

Yenixeber.org: Bu, Azərbaycanın işğal edilmiş torpaqlarında formalaşdırılmış qondarma qurumla həmrəylik nümayiş etdirmək naminə bitərəflik prinsiplərinə qəsdən məhəl qoymamaq yolunu seçən yolunu azmış bəzi yerli seçkili və bir sıra yerli hakimiyyət orqanları rəsmilərinin sonunu gətirəcək hüquqi presedentdir".

"Report" xəbər verir ki, bu barədə XİN-in açıqlamasında bildirilib. 

"Cergy-Pontoise İnzibati Məhkəməsi “Fransanın beynəlxalq öhdəliklərinə hörmət etmir” və “Dövlətin müstəsna səlahiyyəti olan Fransanın xarici siyasətinə qarşı çıxır” arqumentlərini rəhbər tutaraq, sözügedən xartiyanı ləğv edib.

Xatırlatmaq lazımdır ki, 20 dekabr 1993-cü ildə Fransa ilə Azərbaycan arasında imzalanmış “Dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə”nin 2-ci maddəsində tərəflər beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn rəhbər tutulması, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmaması prinsipinə hörmət edilməsi naminə səylərini birləşdirəcəklərinə dair üzərlərinə öhdəliklər götürüblər.

Fransanın beynəlxalq öhdəliklərinə uyğun olaraq ilk növbədə vurğulamaq lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə hörməti təsdiq edən, Azərbaycanın işğal edilmiş bütün ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş qətnamələr rəsmi Paris tərəfindən dəstəklənib.

Bundan başqa, suveren dövlətin milli birliyini və ərazi bütövlüyünü pozmaq məqsədi daşıyan, eyni zamanda qovma və ya etnik təmizləmə həyata keçirməklə bir araya sığmadığı yenidən təsdiqlənmiş “xalqların öz müqəddaratını təyinetmə hüququ”ndan istifadəyə icazə verməyən beynəlxalq hüququn prinsiplərinə hörmət etmək lazımdır.

Bununla yanaşı, işğal olunmuş ərazilərdən zorla qovulmuş yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını tələb edən insan hüquqları prinsipi və beynəlxalq humanitar hüququn prinsiplərinə hörmət edilməli, onlar öz yurdlarına, evlərinə geri qaytarılmalı, kəndlər və şəhərlər ən qısa zamanda bərpa edilməlidir. Söhbət 1989-cu ildə əhalinin təqribən 24%-i təşkil edən 40 min azərbaycanlının Dağlıq Qarabağdan, həmçinin, 1992-1993-cü illərdə işğal edilmiş Dağlıq Qarabağın ətrafındakı yeddi rayondan qovulmuş azərbaycanlılardan gedir.

Bu şərtlər altında seçkili və ya yerli hakimiyyət orqanları tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərdində yaradılmış və Fransa tərəfindən tanınmayan qeyri-qanuni separatist qurum olan qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən yerli orqanlarla “dostluq xartiyaları”nın imzalanması Fransanın beynəlxalq fəaliyyətinin ardıcıllığını ciddi şəkildə sarsıdır və xalqlar arasında qarşılıqlı anlaşmanın təməlini, o cümlədən beynəlxalq diplomatik münasibətlərin inkişafının harmoniyasını təhdid edir.

1997-ci ilin yanvarından bəri ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupunun həm-sədri olan Fransanın öhdəlikləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinin tapılmasını təşviq edir və “qanunsuz xartiyaların” ləğvinə dair Fransa hökumətinin möhkəm mövqeyi təkcə Ermənistan və Azərbaycanda deyil, eləcə də Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə təhdid olan uzun müddət davam edən bu çıxılmaz vəziyyəti irəli apara bilər.

Münaqişənin ədalətli həlli yalnız region ölkələrinin deyil, Fransa da daxil olmaqla Avropalı tərəfdaşların faydalanacağı Cənubi Qafqaz regionunun dayanıqlı inkişafı və geniş regional əməkdaşlıq üçün əlverişli şərait yaradacaq", XİN-dən bildirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam