Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

VƏKİLİ DÖYƏN POLİSLƏRƏ CİNAYƏT İŞİ AÇILDI! –Nazirin əmrindən dərhal sonra (Yeniləndi)

orxan

Müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən vəkil Orxan Kəngərlinin orda döyülməsi faktı ilə bağlı aparılmış araşdırmalar sona çatıb.

Yenixeber.org: Məlumata görə, Daxili İşlər naziri Ramil Usubov bu işdə günahı olan polis əməkdaşlarını cəzalandırıb. Bu barədə vəkil Anar Qasımlı sosial şəbəkədə məlumat verib.

Vəkil yazır: “Binəqədi RPİ-nin 4-cü Polis şöbəsindən maraqlı məlumatlar gəlir: Deyirlər ki, Azərbaycan Respublikası Daxili İşlər nazirinin 07 iyun 2019-cu il tarixli əmri ilə, Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov DİO-dan xaric olma, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilmə, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilmişdir”.

ramil-usubov

Qeyd edək ki, VK Rəyasət Heyətinin sədri Anar Bağırov da vəkilin döyülməsinə sərt reaksiya vermişdi: “İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”

Qeyd edək ki, Orxan Kəngərlinin döyülməsi ilə bağlı məsələni ilk dəfə tanınmış vəkil Adəm Məmmədov ictimailəşdirmişdi.

***

Vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən 4-cü polis bölməsinin əməkdaşları Daxili İşlər naziri Ramil Usubovun əmri ilə cəzalandırıldıqdan dərhal sonra Bakı Şəhər Prokurorluğunda faktla bağlı AR CM-nin 4 maddəsi ilə cinayət işi açılıb. 

Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.(azpolitika)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam