Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Paşinyan İlham Əliyevin fikirlərini oğurladı, erməniləri belə aldatdı -VİDEO

 

Paşinyan İlham Əliyevin fikirlərini oğurladı, erməniləri belə aldatdı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə utopik vədlər verib.

Yenixeber.org: Erməni Fikirləri Sammitində çıxışı zamanı Paşinyan “XXI əsr erməni əsri olacaq” iddiası ilə çıxış edib.


“XXI əsr fikir əsridir, inanırıq ki, XXI əsr Ermənistanın, erməni xalqının əsridir. Bu əsrdə erməni xalqının oyanışı olacaq”, - deyə Paşinyan populist vədlər verib.

Lakin Paşinyanın “XXI əsr fikrini” Azərbaycan Prezidenti İlham Əliyevdən oğurlaması diqqətdən yayınmayıb. Azərbaycan lideri 2013-cü ildə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı bəyan etmişdi ki, “XXI əsr türk dünyası əsri olacaq”. Həmin sammitdən keçən müddətdə Azərbaycan və Türkiyənin dünyanın enerji xəritəsini dəyişdirəcək addımları, o cümlədən, türk dünyasında Bakının mühüm rol oynadığı inteqrasiyası prosesinin sürətlənməsi Prezident İlham Əliyevin bu fikirlərinin altında əməli işin aparıldığını təsdiqlədi və bu proses davam edir.

Ermənistanın baş nazirinin isə oğurluq fikirlər ermənilərə nələrsə verə biləcəyi şübhəlidir. Paşinyanın son 1 ildə verdiyi vədlərə necə əməl etməsi fonunda da bu vədin gələcəyini proqnozlaşdırmaq çətin deyil. Hərçənd, burada diqqətçəkən məqam Ermənistanın “oğurluğu” adətə çevirməsidir: torpaqlarımızı oğurladılar, mədəniyyətimizi, musiqimizi, tariximizi, hətta mətbəximizdən tutmuş milli geyimlərimizə qədər oğurlamağa çalışırlar, indi də fikirlərimizi oğurlayırlar. Təəccüblü deyil, bacardıqları budur...(publika)

Asif


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam