Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda qanlı hesablaşma: bir nəfər güllələndi - ŞOK Video

 

Bakıda qanlı hesablaşma: bir nəfər güllələndi -

Bakının Binəqədi rayonunda atışma olub, kriminal avtoritet güllələnib.

Yenixeber.org: Hadisə “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, avtomobilində olan kriminal avtoritetə naməlum şəxslər tərəfindən atəş açılıb. O, hadisə yerindəcə keçinib.

Güllələnərək öldürülən şəxs Mübariz Budaqlıdır. Onun kriminal avtoritet olduğu bildirilir. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində “Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb. Onlar Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğludur.

Cəlalov Taleh İbrahim oğlu Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir.

Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.

 

Bakıda qanlı hesablaşma: bir nəfər güllələndi -

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam