Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İqbal Babayev:“Azərbaycan gömrük sahəsində İT texnologiyaların qurulması məsələlərində..."

"İyunun 12-14-də Bakıda keçiriləcək Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya texnologiyaları konfransı və sərgisində (WCO IT/TI Conference & Exhibition) dünyada gömrük sahəsində yeni texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı müzakirələr aparılacaq. Qabaqcıl texnologiyanın öyrənilməsi, eyni zamanda Azərbaycan internet texnologiyaları şirkətlərinin dünya bazarlarına çıxarılması və Azərbaycan gömrüyünün inteqrasiya olunması məsələləri də bu konfransda müzakirə olunacaq".

Yenixeber.org:  Bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev Bakıda keçiriləcək ÜGT-nin konfransı ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bu tədbirin paytaxtımızda keçirilməsi gömrük sahəsində İT texnologiyanın inkişafı ilə yaxından tanışlığa imkan yaradacaq: “Bilirsiniz ki, ÜGT-nin tövsiyyəsi ilə Azərbaycan Orta Asiya, Asiya və Sakit Okean hövzəsi ölkələrində gömrük sahəsində İT texnologiyaların inkişafı üzrə Məşvərət Şurasının üzvüdür. Azərbaycan gömrük sahəsində İT texnologiyaların qurulması məsələlərində qonşu ölkələrə yardım göstərir. Bu sahənin genişləndirilməsi ilə bağlı daha da böyük işlər aparılacaq”.

İ.Babayev bildirib ki, ÜGT təşkilata üzv ölkələrdə ildə bir dəfə İnformasiya texnologiyaları konfransı və sərgisi keçirir: “Bu çox böyük tədbirdir. Dünyada informasiya texnologiyaları üzrə ÜGT-nin təşkil etdiyi ən böyük tədbirlərdən biridir. Bu il də bu tədbir Azərbaycanda keçiriləcək”.

O xatırladıb ki, bundan öncə bu cür tədbir Perunun paytaxtı Limada, ondan əvvəl Uqanda və Mərakeşdə keçirilib: “Bu il bu cür tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə etimadın göstərilməsi deməkdir. Digər tərəfdən, Azərbaycanda bu sahə daha da inkişaf edəcək. İnformasiya texnologiyaları konfransı və sərgisində təxminən 150-170-dən ölkədən 800-ə yaxın insanın iştirak etməsi gözlənilir. Dünyanın İT və gömrük sahəsində innovasiyalar tətbiq edən populyar və tanınmış şirkətləri bu tədbirdə iştirak edəcəklər”.

Bu cür tədbirin Azərbaycana verəcəyi faydadan danışan Komitə sədrinin müavini bildirib ki, ilk növbədə 150-170ölkənin nümayəndəsi Azərbaycana gələcək: “Onlar son dövrlər Azərbaycanda nail olunan inkişafı, Bakının və Azərbaycanın regionlarının gözəlliklərini, təbiətini öz gözləri ilə görəcəklər. Bu tədbirin keçirilməsi turizm nöqteyi-nəzərindən çox önəmlidir. Bu konfrans çox böyük bir tədbirdir və Azərbaycan bu tədbirə çox ciddi hazırlaşır. İnanırıq ki, dövlət səviyyəsində keçirilən bu konfrans çox yüksək səviyyədə baş tutacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam