Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan- “Boinq 737” təyyarələrindən imtina etdi

 

 

Azərbaycan Hava Yolları QSC “Boinq 737 MAX-8” təyyarələrini almaqdan imtina edib.

Yenixeber.org: Bu barədə “Azərbaycan Hava Yolları”nın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, ötən müddətdə “Boinq 737 MAX-8” hava gəmiləri ilə baş verən 2 aviasiya qəzasının təhlili nəticəsində AZAL mövcud müqaviləyə xitam verilməsi üçün “Boinq” korporasiyası müraciət edib.

Qeyd edək ki, AZAL ilə “Boinq” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd “Boinq 737 MAX-8” tipli təyyarə gətirilməli idi.

Xatırladaq ki, ötən il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boinq 737 MAX-8” tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam