Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Hikmət Hacıyev:"Azərbaycanın münaqişə ilə bağlı mövqeyi həmsədrlərə bir daha ..."

 

 

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Prezident İlham Əliyev onları qəbul etdi və Azərbaycanın münaqişə ilə bağlı mövqeyi onlara bir daha izah olundu". 

Yenixeber.org:  Bunu açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Həmsədrlər həmçinin "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə də görüş keçirdilər, icmanın tələblərini, qayğılarını, öz torpaqlarına qayıtmaq kimi məsələlərlə bağlı narahatlıqlarını bir daha dinləmiş oldular", - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. 

Diplomatlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak etdiyi görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam