Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ləğv edilmiş MTN-nin sabiq şöbə rəisi-azadlığa çıxmaq istədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbsdə olan keçmiş şöbə rəisi Orxan Osmanov məhkəməyə müraciət edib.

Yenixeber.org:  Xəzər Rayon Məhkəməsinə müraciət edən məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını istəyib. Məhkəmə onun ərizəsini təmin etməyib.

Daha sonra O.Osmanov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il və O.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, A.Çovdarov və digərlərinin apellyasiya şikayəti təmin edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam