Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə- təbrik məktubu göndərib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Yenixeber.org:  Təbrik mətnində deyilir: 

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır.

Sanballı ictimai-siyasi dəyişikliklər, istehsal sektorunun əsaslı surətdə modernləşdirilməsi, ölkənizin beynəlxalq aləmdə nüfuzunun artması Sizin həyata keçirdiyiniz və ölkənin iqtisadi qüdrətinin, əhalinin səmərəli sosial müdafiəsinin təmin edilməsinə, müstəqil xarici siyasət yürüdülməsinə yönəlmiş kursun düzgün oduğunu əyani şəkildə təsdiq edir.

Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam