Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

PAŞİNYANIN OĞLU İRƏVANA QAYITDI –Və anası açıqlama verməyə məcbur oldu

13141-1542781183

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçən oğlu İrəvana qayıdıb.

Yenixeber.info: Bu məlumat Ermənistan mətbuatında birmənalı qarşılanmayıb.

 Mətbuatda bunu baş nazirin oğluna xüsusi imtiyazlar yaradılması ilə izah edənlər olub.

Nəticədə Paşinyanın arvadı Anna Akopyan oğlunun İrəvana gəlməsi səbəblərilə bağlı jurnalistlərin suallarını cavablandırmalı olub.

O, deyib ki, oğlu İrəvana sadəcə, hərbi hazırlıq məqsədilə gətirilib və ona qanunda nəzərdə tutulduğu kimi, yalnız bir günlüyə evə gəlməsinə icazə verilib: “O, Qarabağa qayıdacaq və xidmətini davam etdirəcək. Bizim oğlumuz adi əsgər kimi xidmət keçir və yoldaşlarından heç nə ilə fərqlənmir…”

Qeyd edək ki, erməni mediasında və sosial şəbəkələrdə baş nazirin oğlunun Qarabağdan geri çağırıldığı və İrəvandakı Sovetaşen hərbi hissəsində xidmətini davam etdirdiyinə dair xəbərlər yayılıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam