Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qusarın 70 faizi gecəni qaranlıqda keçirdi – Şimalda təbii fəlakət

 

 

Güclü külək Qusar rayonunda daha çox elektrik və rabitə təsərrüfatına ziyan vurub.

Yenixeber.org: Bunu Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və rayon Fövqəladə Hallar Komissiyasının sədri Şaiq Fərəməzov deyib. Ş.Fərəməzov bildirib ki, "şiddətli külək rayon mərkəzi ilə bərabər bir çox kəndlərdə bəzi yaşayış evlərinin, sosial obyektlərin, tövlə və yardımçı tikililərin dam örtüklərini dağıdıb".

Onun sözlərinə görə, güclü küləyin təsirindən rayonda irigövdəli ağaclar minik avtomobillərinin üzərinə aşıb. Yollarda avtomobilərin hərəkətində çətinlik yaranıb. İlkin mərhələdə müvafiq idarələr tərəfindən qırılan ağaclar yollardan təmizlənib, maşınların hərəkəti bərpa edilib.

"Həmiçinin təbiət hadisəsi nəticəsində elektrik dirəkləri aşıb, naqillər qırılıb, Qusarın şəhər mərkəzi ilə bərabər kəndlərinin 70 faizə yaxın hissəsində elektrik enerjisinin nəqli dayanıb. Bundan əlavə, küləyin təsiri nəticəsində ağaclar aşıb, qaz xətti qırılıb, bəzi kəndlərə mavi yanacağın verilməsi dayanıb. "Azəriqaz " İstehsalat Birliyinin əməkdaşları xətlərin bərpası işi ilə məşğuldur", - deyə Ş.Fərəməzov bildirib.

İcra nümayəndəsi küləyin əkin sahələrinə və meyvə bağlarına da böyük ziyan vurduğunu qeyd edib: "Güclü külək şəhər 2 saylı və Yasab kənd orta məktəblərinin dam örtüyünü dağıdıb. İlkin məlumata görə, külək 20-dən çox evin dam örtüyünü uçurub. Hazırda "Azərenerji" ASC-nin əməkdaşları tərəfindən yaşayış məntəqələrində təmir bərpa işləri aparılır. Həmçinin Qusar rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərdə təbii fəlakətdən ziyan çəkən insanlarla görüşür, onların müraciətinə baxır. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb".(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam