Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Göyçayda-külək evlərin damını uçurdu, ağacları aşırdı

 

Ölkə ərazisində əsən güclü külək Göyçayda ciddi fəsadlar törədib.

Yenixeber.org: Bu barədə məlumatı Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev deyib.

Onun sözlərinə görə, əsən külək nəticəsində çoxlu sayda ağaclar qırılıb: "Ağacların əksəriyyəti evlərin hasarlarına, avtomobil yollarına aşaraq ciddi maneələr yaradıb. Bir neçə evin dam örtüyü uçub, bir çardaq və bir avtomobil qarajının üzərinə ağac düşüb".

Komissiya sədri deyib ki, kəndlərin 80 faizində elektrik enerjisinin verilişi dayanıb: “Demək olar ki, rayonun 70-80 faizində elektrik xətləri qırıldığı üçün hazırda işıq yoxdur".

Hazırda komissiya yerlərdə ev və obyektlərə baxış keçirir, dəymiş ziyan müəyyənləşdirilir. Xoşbəxtlikdən insan tələfatı baş verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam