Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ordumuzun təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib -VİDEO

 

 

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata gör, bu mərhələdə qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi tapşırıqlarını icra edib.

Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti liə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif təlim poliqonlarında motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları icra edib.

Döyüş atışlı mərhələnin yekununda hərbi qulluqçular qarşısında çıxış edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin əhəmiyyətini qeyd edərək qoşunların peşəkarlığını və şəxsi heyətin hazırlığını yüksək qiymətləndirib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam