Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bakıda borca görə prospektin işıqları söndürüldü -Video

Bakıda borca görə prospektin işıqları söndürüldü

“Gəncə prospekti bir aydır ki, zülmət qaranlıq içindədir. İşıqları qənaət üçün söndürürlər, yoxsa gözləyirlər ki, kimisə maşın vurub can alsın?”

Yenixeber.org: Son bir aydır ki, bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır. Şikayətdə qeyd olunan Gəncə prospekti ilə yanaşı paytaxtın bir neçə prospektlərində də analoji hal müşahidə olunur.

Gecə saatlarında küçə və prospektlərdə müşahidə olunan qaranlıq isə piyada vurulması ilə nəticələnən qəzaları, avtomobillərdə oğurluq hallarının sayını artırır. Odur ki, yaranmış bu vəziyyət paytaxt sakinlərinin, ələlxüsus da, sürücülərin haqlı narazılıqlarına səbəb olub.

Məsələylə bağlı Bakı Şəhər Küçə İşıqları İdarəsinin Xətai rayon şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, prospekti işıqlandıran kabel sistemində nasazlıq yaşanıb, problem bir neçə günə öz həllini tapacaq:

“Bundan başqa, prospektdə yerləşdirilmiş elektrik şkaflarında oğurluq halları baş verib. Problem təqribən bir həftəyə yaxındır, yaranıb. Birigün tam həll olunacaq”.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, əslində küçədə işıqların söndürülməsinin əsl səbəbi qurumun “Azərişıq” ASC-yə olan borcudur. Məlumatı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib. Bildirib ki, prospektin işıqları həqiqətən də borc səbəbindən söndürülüb.

Son olaraq onu da qeyd edək ki, paytaxt küçələrinin işıqlandırılması ilə bağlı tam əks halların yaşandığını da müşahidə edə bilərik. Məsələn, Nəsimi rayonu, Puşkin küçəsində küçə işıqları günorta saatlarına kimi söndürülmür. (Qafqazinfo)

 

 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam